Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Hazırda Azərbaycan dilində 123.812 məqalə mövcuddur.

HSUtvald.svg Həftənin seçilmiş məqaləsi

Billie Jean.jpg
Billie JeanMaykl Ceksonun dance-pop/R&B janrlarında olan mahnısı. Müğənninin altıncı solo albomu olan Thriller-ə daxil olan mahnının mətninin və musiqisinin müəllifi o özü, prodüseri isə Kuinsi Consdur.

İlk öncə Consun bəyənmədiyi mahnı haqqında o, və Cekson fərqli düşüncələrə malik idilər. Mahnı daha çox original bass xətti və Ceksonun vokal ifası ilə yadda qalmışdır. Mahnı səs mühəndisi Brüs Svidien tərəfindən ikinci yeni versiyasının hazırlanmasından sonra 91 dəfə yenidən işlənmişdir.

"The Girl Is Mine" sinqlının və "Thriller" albomunun qazandığı böyük uğurdan sonra, "Billie Jean" sinqlı 2 yanvar 1983-cü ildə, albomnan olan ikinci sinql kimi satışa çıxarılmışdır. Həm ABŞ-da, həm də dünyada çox böyük uğur qazanan mahnı, 1983-cü ilin ən çox satılan sinqllarından biri olmaqla, eyni zamanda həm ABŞ-da, həm də BK-da hit paradlara daxil olmuşdur. Digər ölkələrdə də böyük uğur qazanan mahnı, İspaniyaİsveçrədə birinciliyə qədər yüksəlmiş, Avstriya, İtaliya, Yeni Zellandiya, Norveçİsveçdə ilk onluğa daxil olmuş, Fransada isə yalnız qırx beşinci yerə kimi irəliləyə bilmişdir. Mahnıya, 1989-cu ildə Recording Industry Association of America (RIAA) tərəfindən platinium sertifikat verilmişdir.

(Davamı...)

HS VdQ.svg Həftənin yaxşı məqaləsi

Özgə Ömür (1987).JPG
Özgə ömür1987-ci ildə yazıçı Rüstəm İbrahimbəyovun ssenarisi əsasında, rejissor Rasim Ocaqov tərəfindən C. Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Aleksandr Kalyagin, Fəxrəddin Manafov, İrina Kupçenko və başqaları ifa edirlər. Film institut rektorunun ikili həyat yaşamasından bəhs edir. Çəkilişlər BakıdaMoskvada aparılmışdır. 1987-ci ildə aktrisa İrina Kupçenko ən yaxşı epizodik rola görə SSRİ Kinematoqrafçılar İttifaqının təsis etdiyi "Nika" prizinə layiq görülmüşdür.

Film Fariz Əmiroviç Rzayevin (Aleksandr Kalyagin) ömrünün son gününü əhatə edir. O, ölkənin ən böyük institutlarından birinin rektorudur. Bu vəzifədə artıq 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Məsuliyyətli, savadlı və işini mükəmməl bilən bir adamdır. Lakin vəzifəyə və işə-gücə başı o qədər qarışmışdır ki, o ətrafındakı ən yaxınlarını belə unutmuşdur. Biganə və ikili həyat yaşayan Fariz Əmiroviç öz doğma evində də rahatlıq tapa bilmir. Yalnız o qonşusu və məşuqəsi olan Lilyanın (İrina Kupçenko) evində olarkən rahatdır və bütün problemlərini onunla bölüşür.

Fariz Əmiroviç səhər tezdən evindədir və həmişə olduğu kimi işə getməyə hazırlaşır. Hamamda üzünü qırxdıqdan sonra kiçik gəlini Tamillanın (Gülya Salahova) hazırladığı səhər yeməyini yemək üçün stol ətrafında əyləşir və yemək zamanı xəbər tutur ki, gəlini qaynanasının əlindən bezib müvəqqəti olsa da evi tərk etmək istəyir. Fariz səhər yeməyindən sonra özünü xəstəliyə vuran arvadı Səkinə xanımın (Zərnigar Ağakişiyeva) yatdığı otağa baş çəkir və məsələni aydınlaşdırmağa çalışır.

(Davamı...)

PL Wiki CzyWiesz ikona.svg Bilirsinizmi...

Vikipediya məqalələrindən
Tik-Tok personajı
  • Laymen Frenk BaumunÖz ölkəsindən olan sehrbaz” nağıllar kitabının mexaniki insan olan Tik-Tok (şəkildə) personajı ədəbiyyatda robotun ilk nümunələrindən hesab edilir.
  • Malayziyada Sabah ştatının qərb sahilində yerləşən Kinabalu Milli Parkı 2000-ci ilin dekabrında UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır
  • Pakistanın musiqi qrupu Vital Signs tərəfindən 1987-ci ildə yayımlanmış Dil Dil Pakistan mahnısı ölkənin qeyri-rəsmi himni kimi qiymətləndirilir.
  • Hal-hazırda 36 qədim Çin hərbi kələyi ilə də xarakterizə olunan stratagem mübaliğə ilə dedikdə insan beynində gizlənmiş və vaxtı çatan zaman dərhal istifadə oluna bilən xəncər deməkdir.
  • Avstriyalı alpinist Qerlinde Kaltenbrunner 14 səkkizminlik zirvəni oksigen balonu istifadə etmədən fəth edən ilk qadın olub.
  • Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən və 1410-cu ildə quraşdırılmış astronomik saat dünyanın üç ən qədim saatından biri olmaqla, hələ də işləyən ən qədim astronomik saatdır.

HSCommons.svg Günün seçilmiş şəkli

Chinon from above.JPG
 

PL Wiki Aktualnosci ikona.svg Xəbərlər

Neymar



Son ölümlər: Yusif Aslanov, Fuad Musayev, Əbdül Hüseynov, Zöhrab Əmirxanlı, Ninel Qarayeva, Maşallah Xudubəyli, Şahin Zəkizadə

HSDagensdatum.svg Tarixdə bu gün — 23 avqust

23 avqust: Fars Körfəzində təyyarə qəzası, Stalinqrad müharibəsi
Çaldıran döyüşü
  • 1514Çaldıran döyüşündə Yavuz Sultan Səlim Şah İsmayıl Xətai ordusuna qalib gəlmişdir.
  • 1866 — Praqa müqaviləsi nəticəsində Avstriya-Prussiya müharibəsi bitdi.
  • 1914 — Birinci Dünya Müharibəsi: Yaponiya Almaniyaya müharibə elan edir.
  • 1939Moskvada AlmaniyaSSRİ arasında hücum etməmə haqqında saziş imzalanmışdır. Məhz bu saziş Almaniyanın Polşanı işğalını asanlaşdıran addım olmuşdur.
  • 1942 — İkinci Dünya Müharibəsi: Stalinqrad müharibəsi başlamışdır.
  • 1943 — İkinci Dünya Müharibəsi: Xarkov şəhəri azad edilmişdir.
  • 1944 — İkinci Dünya Müharibəsi: Marsel şəhəri azad edilmişdir.
  • 2000 — Bəhreyn yaxınlığında, Fars Körfəzində təyyarə qəzası nəticəsində 143 nəfər həyatını itirmişdir.

Digər günlər: 22 avqust23 avqust24 avqust

HS Liste.svg Həftənin seçilmiş siyahısı

Hhussain ibn ali.jpg
On iki imamİslamın on iki imamçı şiəələvi qollarında Məhəmmədin dini və siyasi xəlifələridirlər. On iki imamçıların dini nəzəriyyələrinə görə, on iki imam təkcə cəmiyyəti ədalətlə idarə edən şəxslər yox, həmçinin şəriəti (İslam hüquq sisteminin) və Quranın ezoterik (sirli, yalnız seçilmiş şəxslərə məxsus) mənalarını qoruyan və təfsir (izah) edən nümunəvi insan fərdləridir. Məhəmmədin və imamların sözləri və əməlləri cəmiyyət üçün bələdçi və nümunə rolunu oynayır. Bu səbəbdən də onlar səhv və günahlardan uzaq olmalıdırlar (dini terminologiyada İsmət və ya məsumluq adlanır) və Məhəmmədin əli ilə ilahi hökmlə, və ya nəsslə təyin edilməlidirlər.

İslamın on iki imamçı şiə qolunun inancına görə əql – ilahi müdriklik (hikmət) Peyğəmbərlərin və imamların ruhlarının mənbəyi olmaqla, onlara Hikmət adlanan ezoterik bilik aşılayır və onların iztirabları, onların tərəfdarlarına ilahi bəxşiş vasitələridir.

Baxmayaraq ki, imam ilahi vəhyi almır, ancaq onun Allahla çox yaxın rabitəsi var, hansı ki, o rabitə vasitəsilə Allah imama, imam da öz növbəsində insanlara bələdçilik edir. İmamlara həmçinin sahib olduqları “əl-Cəfr”, “əl-Camiə” kimi gizli kitablar da aid edilir. İmamət, yaxud ilahi rəhbərliyə etiqad on iki imamçı şiə əqidəsində əsas inanclardan hesab edilir və “Allah bəşəriyyəti ilahi bələdçiliyə çıxış imkanı olmadan buraxmaz” nəzəriyyəsinə əsaslanır.

HSTools.svg Kömək səhifələri

Vikimedia Fondunun digər layihələri
Türkdilli Vikipediyalar
Cənubi Azərbaycan

Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

Wikipedia-logo-az.png Vikipediya digər dillərdə